Klublarımız məşqlərə nə vaxt başlayacaq? 

İDMAN
19:54 / 28.04.2020
1813

PFL-in ötən gün yaydığı məlumatda bildirilib ki, mayın 4-də saat 0:00-da karantin bitsə, çempionat bərpa olunacaq. 

Bəs qərar açıqlandıqdan sonra klublarımızda hansısa müzakirələr aparılıbmı, hazırlıq planı ilə bağlı qərar olubmu?

Sport7.az olaraq bunu dəqiqləşdirmək üçün Azərbaycan Premyer Liqasında çıxış edən klublara müraciət etdik. 

Nurlan İbrahimov ("Qarabağ"): "Xüsusi bir şey olmayıb. Təbii ki, mayın 4-ü icazə verilsə, biz də məşqlərə başlayacağıq". 

Rüstəm Allahverdiyev ("Neftçi"): "PFL-in dünənki qərarı planlı idi. Klublarla müzakirələr aparılırdı. "Neftçi" klubu olaraq hər bir planla bağlı qərarlarımız hazırdı. Əsas son qərarı gözləyirik. Ona uyğun da addım atacağıq". 
 
Tora Əhmədova ("Səbail"): "Biz klub olaraq karantin dövründə onsuz da mütəmadi qaydada PFL və AFFA ilə müzakirələr aparırıq".

Elnur Həmidov ("Sabah"): "Əgər mayın 4-dən xüsusi karantin rejimi götürülsə, mayın 5-dən məşqlərə başlamağı planlaşdırırıq. Məşqlərin hansı şəkildə keçiriləcəyinə məşqçilər heyəti qərar verəcək".

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən  mart ayının 13-dən AFFA və PFL bütün liqalarda futbol yarışlarının keçirilməsini dayandırıb. 

0