Arda Turan \"Qalatasaray\"a qayıtdı

21:02 / 05.08.2020
966

Türkiyənin "Qalatasaray" komandası sabiq futbolçusu Arda Turanı geri qaytarıb.

Bu barədə "NTV Spor"a İstanbul təmsilçisinin prezidenti Mustafa Cengiz açıqlama verib.

Klubun rəhbəri 33 yaşlı yarımmüdafiəçi ilə anlaşdıqlarını bildirib. Təcrübəli oyunçu ilə 1+1 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, 2004 - 2011-ci illərdə "Qalatasaray"da çıxış etmiş Arda Turanın son klubu "Başakşəhər" olub. O, İspaniyada "Atletiko" və "Barselona" klublarının da formasını geyinib.

0
Open.az