Möhtəşəm uğurdan 20 il keçdi

İDMAN
13:17 / 17.05.2020
1461

İstanbulun "Qalatasaray” klubunun UEFA kubokunun qalibi olmasının üzərindən 20 il keçib.

Sport7.az xəbər verir ki, düz 20 il bundan əvvəl,2000-ci ilin mayın 17-də "cim-bom” Kopenhagendəki keçirilən finalqarşılaşmasında "Arsenal”a qalib gəlmişdi.

"Parken” stadionunda 38919 azarkeşin canlı izlədiyifinal qarşılaşmasının əsas və əlavə vaxtında hesab açılmamışdı. Oyun sonrasıpenalti vuruşlarında isə "Qalatasaray” London nəhəngini 4:1 hesabıyla üstələmişdi.

Maraqlıdı ki, həmin vaxt da "Qalatasaray"ın sükanı arxasında indiki kimi Fatih Terim dayanırdı.

0
Sport7.az