Salah “Real”ın təklifini rədd edib

İDMAN
14:31 / 17.05.2020
2450

Misir millisinin sabiq məşqçisi Hani Rəmzi bildirib ki, “Luverpul”un hücumçusu olan həmyerlisi Məhəmməd Salah “Real”ın təklifini qəbul etməyib.

Xarici media xəbər verir ki, o, bu təklifin 2018-ci ildə irəli sürüldüyünü söyləyib:

“Həmin vaxt millinin baş məşqçisi Ektor Kuper idi. 2018-ci ilin martında komanda İsveçrədə hazırlıq keçirdi. Məhəmmədlə danışdım. O dedi ki, “Real”dan təklif alıb. Təklif yaxşı idi. Salah bunu mən və Kuperlə müzakirə etdi. Bundan sonra o, “Liverpul”da qalmağa qərar verdi. Çünki özünü orada daha komfortlu hiss edirdi”.

Qeyd edək ki, bundan iki ay sonra, 2018-ci ilin mayında “Liverpul” Çempionlar Liqasının finalında “Real”a 1:3 hesabı ilə uduzub. Həmin görüşdə Salah çiynidən ağır zədə alıb və bir müddət yaşıl meydandan uzaqda qalıb.

0
Qol.az