Azərbaycanlı futbolçu koronavirusa yoluxdu

15:09 / 07.08.2020
1135

“12 gündür ev şəraitində müalicə alıram”

Milli komandamızın sabiq üzvü Mirhüseyn Seyidov koronavirusa yoluxub.

Oyunçunun özü ilə əlaqə saxladıqda xəbəri təsdiqlədi. O, açıqlamasında artıq 12 gündü ev şəraitində müalicə aldığını söyləyib:

“Bu haqda çox danışmaq istəmirəm. 12 gündü ev şəraitində müalicə alıram. Testin nəticəsi pozitiv çıxdı. Həkimlər evdə müalicə almağıma şərait yaratdılar. Mən də heç yerə getmirəm. 21 günüm tamam olandan sonra hər şey yaxşı olacaq”.

Qeyd edək ki, Mirhüseyn Seyidov oyun alğı-satqısına görə futboldan ömürlük kənarlaşdırılıb.

 

(Futbol+)

0