Ronaldo yeni rekorda imza atdı

İDMAN
22:09 / 08.08.2020
1070

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo yeni rekorda imza atıb.

HİT.Az qol.az-a istinadən xəbər verir ki, portuqaliyalı hücumçu Turin təmsilçisinin heyətində mövsüm ərzində ən çox qol vuran futbolçu adını qazanıb. 35 yaşlı oyunçu buna ötən gecə Çempionlar Liqasının 1/8 finalında "Lion"l maçtda (2:1) nail olub. O, qarşılaşmanın 43-cü dəqiqəsində penaltini dəqiq yerinə yetirməklə və 60-cı dəqiqədə fərqlənməklə dubl edib. Nəticədə Ronaldo 1 mövsümdə vurduğu qolların sayını 37-yə çatdırıb.

Bundan əvvəlki rekord isə Ferens Xirsesə məxsusdur. O, 95 il əvvəl- 1925-1926-cı illər mövsümündə 35 qolla yadda qalıb.

Bundan əlavə K.Ronaldo Çempionlar Liqasında da ən çox qol vuran oyunçudur. Onun aktivində 130 qol var. İkinci yeri "Barselona"dan Lionel Messi (114 qol), 3-cü yerdə isə "Real"ın sabiq hücumçusu Raul Qonzales (71 qol) tutur.

1
Pia.az