Türkiyə Super Liqasına vəsiqə qazanan "Hatayspor" futbol komandasının yeni baş məşqçisi açıqlanıb.
HİT.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda Ömər Erdoğana tapşırılıb. 43 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb. O, bu postda Mehmet Altıparmakı əvəzləyib.
Qeyd edək ki, "Hatayspor" "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova təklif göndərsə də, təcrübəli mütəxəssis bunu qəbul etməyib.