Azərbaycanın iki idmançısı dopinqə görə cəzalandırıldı

İDMAN
22:37 / 13.08.2020
1074

Azərbaycanlı iki idmançı antidopinq qaydalarını pozduğu üçün müəyyən müddətə idmandan uzaqlaşdırılıb.

HİT.Az xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) məlumat yayıb. Taekvandoçu Ramin Əzizov və cüdoçu Könül Əliyeva dopinqdən istifadə etdiyi üçün cəzalandırılıb.

Ramin Əzizov 2, Könül Əliyeva isə 1 illik diskvalifikasiya edilib. Əzizovun cəzası fevralın 25-dən, Əliyevanınkı isə 19-dan hesablanır.

0