"Neftçi"nin sabiq futbolçusu Derlis Meza Kollinin özünə yeni klub tapıb.
Fanat.az xəbər verir ki, paraqvaylı yarımmüdafiəçi Rumıniyanın əsas liqasına vəsiqə qazanan "Arceş" ilə anlaşıb.
32 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Derlis Meza Kolli son olaraq Rumıniyanın "Petrolul" klubunun formasını geyinib. 2017/2018 mövsümündə "Neftçi"də çıxış etmiş yarımmüdafiəçi Azərbaycanda "İnter" (hazırkı "Keşlə") və "Qəbələ"nin də şərəfini qoruyub. O, "Keşlə"nin futbolçusu Sezar Meza Kollinin qardaşıdır.