Azərbaycanda ən çox qol vuran 10 futbolçu kimdir? - SİYAHI

İDMAN
20:40 / 19.08.2020
1221

Azərbaycan çempionatları tarixində eyni komandada ən çox qol vuran oyunçu müəyyənləşib.

Yenisabah.az xəbər verir ki, Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu "Qarabağ"ın sabiq futbolçusu Müşfiq Hüseynovdur.

O, Ağdam təmsilçisinin heyətində 109 dəfə fərqlənib. “Neftçi”də 99 top vuran Samir Ələkbərovu “100”dən bir qol ayırır. İlk “üçlüy”ü ölkə çempionatlarının ən yaxşı bombardiri Nazim Əliyevlə Alay Bəhramov qapayır.

Onlar müvafiq olaraq Sumqayıt “Xəzər”i və “Viləş”də 93 dəfə fərqlənib. İlk “onluq”da “Neftçi” və “Kəpəz” daha çox - hərəyə üç futbolçu ilə təmsil olunub.

1. Müşfiq Hüseynov - Qarabağ - 109

2. Samir Ələkbərov - Neftçi - 99

3. Alay Bəhramov - Viləş - 93

4. Nazim Əliyev - Xəzər S - 93

5. Fazil Pərvərov - Kəpəz - 80

6. Rövşən Əhmədov - Kəpəz - 75

7. Qurban Qurbanov - Neftçi - 66

8. Nadir Nəbiyev - Turan - 63

9. İmamyar Süleymanov - Kəpəz - 63

10. Yunis Hüseynov - Neftçi - 58

1