Dünya çempionumuz Böyük Britaniyada yüksək vəzifəyə TƏYİN EDİLDİ

İDMAN
11:14 / 03.09.2020
1106

Böyük Britaniyanın paytaxtı Londonda yaşayan kikboksinq üzrə dünya və Avropa çempionu Hafiz Baxşəliyev qurum prezidenti olub.

40 yaşlı sabiq idmançı bu barədə özünün “Facebook” səhifəsində məlumat verib.

O bildirib ki, “British Azerbaijani Association” (Britaniya Azərbaycanlıları Assosiasiyası) adlı qurumda rəhbər vəzifəsində çalışacaq.

Qeyd edək ki, Hafiz Baxşəliyev 2009-cu ildən Londonda yaşayır.

0