"Tottenhem"in 50 milyon avroluq təklifi rədd edildi

İDMAN
22:12 / 12.09.2020
912

"Tottenhem"in "Torino" klubunun oyunçusu üçün etdiyi transfer təklifi qəbul edilməyib.

Offsideplus.az xəbər verir ki, "Torino" Andrea Belottini "Tottenhem"ə icarə əsasında transfer etmək istəmir.

Belə ki, İngiltərə klubu Belotti üçün satın ala bilmə şərti də daxil olmaqla 50 milyon avroluq icarə əsasında transfer təklif etmişdi. Lakin A Seriyası təmsilçisi oyunçusunu yalnız birbaşa transfer edəcəyini bildirib.

0