Dəhşətli yol qəzası: 8 futbolçu öldü, 4-ünün vəziyyəti ağırdır

İDMAN
13:39 / 20.09.2020
1140

Qanada avtobusun çaya düşməsi 8 futbolçunun ölümü ilə nəticələnib.

HİT.Az xəbər verir ki, hadisə Aşantı bölgəsində baş verib.

İdmançılar olan avtobus çaya düşüb. Altı nəfər yerindəcə, daha iki nəfər xəstəxanada ölüb. Dörd futbolçunun vəziyyəti ağırdır.

Komanda gənclər futbol liqasında iştirak etmək üçün qeydiyyatdan keçməyə gedirmiş.

1