Ukraynanın "Krivbass" klubunda koronavirusa kütləvi yoluxma halı baş verib.
HİT.Az-ın Report-a istinadən məlumatına görə, komandanın baş məşqçisi Gennadi Prixodko "Metaratings" nəşrinə açıqlamasında 11 futbolçuda virus aşkarlandığını bildirib.
47 yaşlı mütəxəssis vurğulayıb ki, infeksiyaya yoluxanların 8-i əsas heyət üzvləridir.
Qeyd edək ki, "Krivbass" klubu 2020/2021 mövsümündən II liqada çıxış edir.