Azərbaycan Premyer Liqasında mövsümün ilk baş məşqçi istefası reallaşıb.
HİT.Az xəbər verir ki, “Neftçi” baş məşqçisi Füzuli Məmmədovla yollarını ayırıb.
Paytaxt təmsilçisi rəsmi saytı vasitəsilə Məmmədovla yanaşı, idman direktoru Ceyhun Sultanovun vəzifəsindən ayrıldığını açıqlayıb. Hər iki şəxsin Premyer Liqanın IX turunda “Qarabağ”la (0:6) matçdan sonra istefa verdiyi bildirilib. Sultanov və Məmmədovun ərizəsi klub rəhbərliyi tərəfindən qəbul olunub.
Qeyd edək ki, Füzuli Məmmədovun “Neftçi” ilə müqavilə müddəti 2022-ci ilin yayına qədər idi.