Cəbrayıl Həsənov karyerasını bitirib?

İDMAN
20:02 / 02.12.2020
1216

“Mətbuatda sərbəst güləş yığmamızın kapitanı Cəbrayıl Həsənovun idmançı karyerasını başa vurması ilə bağlı xəbər yayılıb. Nəzərinizə çatdıraq ki, 3 qat Avropa çempionu, dünya ikincisi və Rio Olimpiadasının bürünc medalçısı və yığma komandanın məşqçilər korpusu bununla bağlı qəti qərar verməyib”.

Bu barədə HİT.Az-a Azərbaycan Güləş Federasiyasından məlumat verilib. 

Bildirilir ki, Cəbrayıl hazırda komanda ilə birlikdə məşq edir: “Hal-hazırda Cəbrayıl Həsənov yığma komandanın üzvüdür və yaxın gələcəkdə karyerasını güləşçi və ya məşqçi kimi davam etdirəcəyinə qərar veriləcək və bu qərar ictimaiyyətə açıqlanacaq”.

Qeyd edək ki, Cəbrayıl Həsənov Tokio-2020 Olimpiya Oyunlarından sonra karyerasını bitirəcəyini açıqlamışdı. 

0