Türk iş adamı Avropa klubunu satın alır

İDMAN
21:17 / 08.12.2020
1363

Türk iş adamı Abdullah Kiğılı Rumıniyanın "Dinamo" (Buxarest) klubu ilə danışıqlar aparır.

HİT.Az xəbər vnrir ki, bu barədə klubun satış direktoru Radu Birlika açıqlama verib.

Onun sözlərinə görə, türk iş adamı ilə öncə sponsorluq, ardınca isə klubun satın alınması ilə bağlı danışıqlar gedir: "Fənərbağa"da İdarə Heyətinin üzvü olmuş və çox güclü bir türk iş adamı olan Abdullah Kiğılı ilə danışıqları davam etdiririk. Türkiyədə çox sayda fabriki və Avropada yüzlərlə mağazası var. Bu gün onun təmsilçisi ilə daha bir görüşümüz olacaq. Müzakirələr davam edəcək. Qısa müddətdə hər şeyin həll olunacağını düşünürəm". 

"Mən hər gün saat 7-də yuxudan oyanıram, suymu və qəhvəmi içərək işə başlayıram. Bir satış direktoru olaraq ofisdə işim yoxdu. Klubun ispaniyalı sahibi Pablo Kortakero ilə tez-tez danışıram. Amma onu heç görmürəm, telefonda da danışmırıq. Sadəcə "Whatsapp"da yazışırıq. "Dinamo"da maliyyə problemlərinin həlli ilə bağlı mənim başqa düşüncələrim var. Amma yenə də "Dinamo" üçün çalışıram. Bütün görüşlərə öz cibimdən ödədiyim pullarla gedirəm" deyə Radu Birlikə bildirib. 

Xəbərdə bildirilir ki, maliyyə böhranında olan Buxarest klubunun sahibi Pablo Kortakero nəzarətində olan 72 faizlik səhmləri sataraq İspaniyanın "Almeriya" klubunun səhmlərini alacaq.

Rumıniyada çap olunan "Gazeta" nəşrinin məlumatına görə, baş məşqçi Kosmin Kontradan sonra futbolçular Borya Valle və İsma Lopez də aylardı maaş almadıqlarına görə, müqavilələrini birtərəfli qaydada pozublar. Bütün əcnəbi futbolçular kluba xəbərdarlıq edərək tezliklə müqavilələrinə xitam verəcəklərini bildiriblər. 

Qeyd edək ki, "Dinamo" 1948-ci ildə yaradılıb. 72 yaşlı klub tarixi ərzində Rumıniya çempionluğunu (18 dəfə), ölkə kubokunu (13), Lqa kubokunu (1) və Super Kubokunu (2) qazanıb. Maliyyə böhranında olan klub cari mövsümün 12 turundan sonra 12 xalla 14-cü pillədə qərarlaşıb.

0