Koronavirus pandemiyası səbəbindən böyük itkilərlə üzləşən "Yuventus" klubun ən ödənişli futbolçusu olan Kriştianu Ronaldu ilə yollarını ayırmağı planlaşdırır.
HİT.Az Fanat.Az-a istinadla xəbər verir ki, Avropa mediası portuqaliyalı ulduzun yeni klubunu açıqlayıb. "Auto Esporte"nin xəbərinə görə, Ronaldu keçmiş komandası "Mançester Yunayted"ə dönür.
Məlumatda bildirilir ki, Premyer Liqa klubunun əsas sponsorlarından olan ABŞ-ın avtomobil markası "Chevrolet" Ronaldunun dönüşünü maliyyələşdirmək istəyir. Amerika mediasının məlumatına görə, Ronaldunun "Yuventus"a keçidinə sponsorluq edən "Jeep" markasının bundan sonra satışlarının böyük ölçüdə artdığını müşahidə edən "Chevrolet" bu transfer üçün hərəkətə keçib. "Chevrolet" rəhbərliyi Ronaldunun "Mançester Yunayted"ə keçidini reallaşdırmaqla böyük yüksəlişə nail olacaqlarına inanır.
Xəbərdə bildirilir ki, "Chevrolet" ulduz futbolçunun həftəlik 500 min fun-sterlinqlik (1 milyon 135 min manat) maaşının ödənilməsinə də dəstək olacaq.
Transfer baş tutsa, ildə 26 milyon funt-sterlinq (59 milyon manat) maaş alacaq Ronaldunun Premyer Liqa çempionu olamaq üçün klub rəhbərliyindən daha bir neçə futbolçunun alınmasını istədiyi bildirilir.
Qeyd edək ki, Ronaldu 2009-cu ildə "Mançester Yunayted"dən "Real"a rekord məbləğə - 94 milyon avroya transfer olunub.