Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
HİT.Az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub.
Premyer Liqanın 12-ci turunun “Qəbələ” – “Qarabağ” görüşündə oyun öncəsi yanğından mühafizə xidməti nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunub.
“Qəbələ” klubunun 10 nömrəli futbolçusu Rövlan Muradov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
Birinci Divizionun 11-ci turunun MOİK – “Neftçi-2” oyununda MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.