Tarixdə ilk dəfə bitkoynla futbolçu alınıb

İDMAN
23:11 / 20.01.2021
1557

"Real Madrid"in keçmiş hücumçusu David Barral İspaniyanın 3-cü divizion təmsilçisi “Rasinq”dən eyni liqada çıxış edən “İnternasional Madrid”ə keçib.

HİT.Az xəbər verir ki, 37 yaşlı veteran forvard transferi kriptovalyuta ilə gerçəkləşən ilk futbolçu olaraq tarixə düşüb.

Transferin bitkoynla reallaşması “İnternasional Madrid” klubunun “Criptan" platforması ilə əməkdaşlığı nəticəsində mümkün olub.

Qeyd edək ki, Barral karyerası ərzində "Real Madrid", “Kastilya”, “Levante”, “Qranada” və “Sportinq Xixon” kimi klubların şərəfini qoruyub.

 

0