Futzal üzrə Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.
HİT.Az-ın məlumatına görə, 3-cü qrupda yer alan Joze Alesio Da Silvanın başçılıq etdiyi millimiz Slovakiyanı qəbul edib.
Bakı İdman Sarayında oynanılan qarşılaşma Azərbaycanın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə ilk qol 5-ci dəqiqədə vurulub. Meydan sahiblərinin heyətində Tyaqo Bolinya fərqlənib. 15-ci dəqiqədə qonaqlar hesabı bərabərləşdiriblər. Vassura avtoqol müəllifi olub. 34-cü dəqiqədə slovakiyalıların heyətində Anton Brunovski 2-ci sarı vərəqəni alaraq meydandan qovulub. 38-ci dəqiqədə Everton Kardoso yığmanı önə keçirib. 40-cı dəqiqədə Xətai Bağırov 3-cü qolu rəqibin qapısından keçirib. Görüşdə son nöqtəni isə İsa Atayev qoyub.
Qeyd edək ki, Azərba