Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
HİT.Az AFFA-nın saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan kubokunun 1/4 final mərhələsinin oyunları ilə bağlı qərarlar verilib.
Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Sumqayıt” – “Səbail” oyununda qonaq komanda stadiona gələrkən gecikdiyi üçün klub 800 manat cərimə olunub.
Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Keşlə” – “Kəpəz” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.