Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.
HİT.Az xəbər verir ki, bu gün son iki qarşılaşma keçirilib.
Günün ilk matçında "Keşlə" Gəncədə I divizion təmsilçisi "Kəpəz"lə qarşılaşıb. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 58-ci dəqiqədə Rəhman Hacıyev, 90-cı dəqiqədə isə Anatole Abanq vurub. İlk qarşılaşmada da rəqibini məğlub edən (1:0) "Keşlə" adını yarımfinala yazdırıb.
Bu raundun son cavab matçında "Zirə" və "Neftçi" komandaları üz-üzə gəlib. Zirə İdman Kompleksinin stadionunda keçirilən qarşılaşma qolsuz başa çatıb. İlk oyunda rəqibinə 1:0 hesabı ilə qalib gələn "qartallar" iki görüşün nəticəsinə əsasən yarımfinala adlayıb.
1/4 final mərhələsində dünən keçirilmiş oyunlarda "Qarabağ" səfərdə "Qəbələ"ni 3:0, "Sumqayıt" isə "Səbail"i 2:1 hesabı ilə məğlub edərək yarımfinalda rəqib olublar.
Beləliklə, finala vəsiqə uğrunda görüşlərdə "Qarabağ" "Sumqayıt"la, "Zirə" "Keşlə" ilə qarşılaşacaq. Bu mərhələnin görüşləri 21-29 apreldə oynanılacaq. Bu mərhələnin görüşləri 21-29 apreldə oynanılacaq.