"Qalatasaray"ın bir futbolçusunun COVİD-19 testi pozitiv çıxdı

İDMAN
21:05 / 08.02.2021
1614

İstanbulun "Qalatasaray" futbol klubunda son COVİD-19 testlərinin nəticələri açıqlanıb.

HİT.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, "sarı-qırmızılar"ın bir futbolçusunun koronavirus testinin nəticəsi pozitiv çıxıb.

"Korona"ya yoluxmuş oyunçunun adı açıqlanmasa da, onun təcrid olunaraq karantinə alındığı bildirilir.

Qeyd edək ki, "Qalatasaray" fevralın 10-da Türkiyə kubokunun 1/4 final mərhələsində "Alanyaspor"u qəbul edəcək.

0