Azərbaycan derbisində dava: İki futbolçu meydandan qovuldu

İDMAN
20:33 / 13.02.2021
1565

Azərbaycan Premyer Liqasının XV turunun "Qarabağ" - "Neftçi" oyununda xoşagəlməz hadisə yaşanıb.

Hit.az-ın məlumatına görə, matçın 72-ci dəqiqəsində meydan sahiblərinin müdafiəçisi Kevin Medina ilə qonaq komandanın yarımmüdafiəçisi Mamadu Kane arasında dava düşüb.

Rəqibini vuran Medina birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Ardınca isə Kane ikinci sarı vərəqəni görərək, komandasını azlıqda qoyub.

İlk hissədə isə "Neftçi"nin müdafiəçisi Ömər Buludov qırmızı vərəqə görüb.

Qeyd edək ki, hazırda ikinci hissə oynanılır və hesab flaqmanın xeyrinədir - 2:1.

0
Report