AFFA "Neftçi" və "Qarabağ" klublarını 10 min manat cərimələdi

İDMAN
14:37 / 16.02.2021
961

Azərbaycan Premyer Liqasının XV turunun “Qarabağ” – “Neftçi” oyununda (1:2) baş verənlər AFFA-da müzakirə olunub.

Apasport.az saytının məlumatına görə, assosiasiyanın İntizam Komitəsi bugünkü iclasında qarşılaşmada yaşananlarla bağlı müvafiq qərarlar çıxarıb.

Ümumilikdə derbi 10 min manatlıq cərimə ilə nəticələnib. “Neftçi” 6800, “Qarabağ” 3200 manat xərcə düşüb.

Matçın 73-cü dəqiqəsində aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılan “Qarabağ”ın futbolçusu Kevin Medina 4 oyun cəzalanıb. Ağdamlılar müdafiəçiyə görə 3200 manat cərimələnib.

Kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılan “Neftçi”nin futbolçusu Ömər Buludov 2 oyunluq cəza alıb. O, klubu 1600 manat ziyana salıb.

İkinci sarı vərəqəyə görə meydandan kənarlaşdırılan Mamadu Kane və Voislav Stankoviçin cəzası eyni olub. Hər iki oyunçu bir matçlıq diskvalifikasiya edilib və klubu 200 manat cəriməyə məruz qoyub. 3 futbolçusu qırmızı vərəqə ilə cəzalanan paytaxt təmsilçisi bu üzdən daha 4800 manat ödəməli olacaq.

0