21-ci əsrin ən yaxşı futbol hakimləri AÇIQLANDI

21:34 / 16.02.2021
1133

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 21-ci əsrin ən yaxşı hakimlərinin siyahısını hazırlayıb.

20 nəfərlik siyahıya 141 xalla almaniyalı referi Feliks Brix başçılıq edir.

İkinci sırada isə türkiyəli Cüneyt Çakır yer alıb. Çakırı liderdən cəmi 1 xal ayırıb. Türkiyəli FİFA referisinin aktivində 140 xal var.

Üçüncü sıranın sahibi isə 137 xalla ingilis Hovard Uebbdir.

Sonrakı yerləri bu referilər tutub:

Markus Merks (Almaniya) – 135
Byorn Kuypers (Niderland) – 133
Nikola Ritsoli (İtaliya) – 121
Oskar Ruis (Kolumbiya) – 104
Massimo Busakka (İsveçrə) – 96
Xorxe Luis Larrionda (Uruqvay) – 96
Luboş Miçel (Slovakiya) – 96
Pyerluici Kollina (İtaliya) – 94
Nestor Pitana (Argentina) – 88
Kim Milton Nilsen (Danimarka) – 84
Frank De Blekere (Belçika) – 82
Viktor Kaşşai (Macarıstan) – 81
Martin Atkinson (İngiltərə) – 80
Damir Skomina (Sloveniya) – 76
Manuel Enrike Qonsales (İspaniya) – 73
Anders Frisk (İsveç) – 70
Qraham Poll (İngiltərə) – 70

0
qafqazinfo