“Azərreyl” voleybol klubunun masajçısı məhkəməyə verildi

İDMAN
12:45 / 17.02.2021
1197

Koronavirusa yoluxan “Azərreyl” voleybol klubunun masajçısı Natalya Litovçenko yaşadığı evi qanunsuz tərk etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılıb.

Unikal.org-un məlumatına görə, o, karantinin 12-ci günündə Qaradağ Rayon Lökbatan qəsəbəsində polisin nəzarətinə götürülüb. Litovçenko Natalya İqoryevna barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139.1-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi açılıb.

Onun haqqında olan cinayət işi Nəsimi rayon Məhkəməsində hakim Azər Tağıyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası martın 3-nə təyin edilib.

0