Mahir Emrelinin "Qarabağ"dan getməməsinin səbəbi bəlli oldu - Bu məbləğə görə

İDMAN
19:44 / 17.02.2021
1516

“Qarabağ”ın hücumçusu Mahir Emrelinin Polşa klubu “Rakuv”a keçidinin baş tutmama səbəbi müəyyənləşib.

Hit.az-ın məlumatına görə, buna səbəb Azərbaycan çempionunun bu keçid müqabilindəki tələbi olub.

Ağdam təmsilçisi milli komandanın üzvü üçün Ekstraklasa klubundan 350 min avro istəyib. 24 yaşlı oyunçunun müqavilə müddəti yaya qədər olduğundan, çenstoxovalılar bu məbləğin yüksək olduğu qənaətinə gəliblər.

“Rakuv” hücum xəttinə artıq bir oyunçu cəlb edib. “Lexiya”dan Yakub Arakla anlaşan polşalılar bununla kifayətlənmək fikrində deyillər. Ölkədə “transfer pəncərəsi” martın 1-nə qədər olduğundan, klub rəhbərliyi həmin vaxta qədər daha bir hücumçu almağa çalışacaq.

“Rakuv” Mahir Emrelini mövsümün sonunda azad agent kimi heyətinə cəlb etmək arzusundadır.

0
Apasport