Qadınlardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Hit.az-ın məlumatına görə, D qrupunda yer alan yığmamız 7-ci matçında İspaniya ilə qarşılaşıb.
“ASK Arena”da baş tutacaq görüşdə Siyasət Əsgərovun yetirmələri 4 aylıq fasilədən sonra meydana çıxıblar. Oyun komandamız üçün biabırçı nəticə ilə yekunlaşıb. İlk hissədə 6 qol vuran rəqib ikinci 45 dəqiqədə daha 7 qol vuraraq, 13:0 hesabı ilə qalib gəlib. Nəticədə millimiz yenə də xal qazanmaq arzusunu ən azı növbəti turadək gözləyəcək.
Qeyd edək ki, bu komandalar arasındakı ilk görüşdə yığmamız 0:4 hesabı ilə məğlub olub. Millimiz qrupda növbəti oyununu fevralın 23-də “ASK Arena”da Moldovaya qarşı keçirəcək.
Avropa çempionatı
Seçmə mərhələ, D qrupu
18 fevral
20:00. Azərbaycan - İspaniya - 0:13