\"Qarabağ\" rəqibə kəllə atan futbolçunu belə CƏZALANDIRDI

11:18 / 20.02.2021
1044

"Qarabağ" futbolçusu Kevin Medinanı cəzalandırıb.

HİT.Az xəbər verir ki, bu barədə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov məlumat verib. O, Azərbaycan Premyer Liqasının 15-ci turunda "Neftçi"yə 1:2 hesab ilə uduzduqları matçda birbaşa qırmızı vərəqə alan kolumbiyalı oyunçuya cəza verdiklərini bildirib:

"Qarşıdakı oyunlarda qalib gəlsək, mükafat almayacaq. Hərəkətindən çox narazı qaldım. Bu cür təcrübəli futbolçu belə səhvlər etməməlidir".

Qeyd edək ki, Medina görüşün  73-cü dəqiqəsində rəqib oyunçu Mamadu Kaneni kəllə ilə vurub. Bu, oyunun rəsmi protokolunda təcavüzkar davranış kimi qeyd edilib. Sözügedən hərəkətinə görə, o, 4 oyunluq cəzalandırılıb.

0