"Barselona" 3 futbolçunun transferinə 250 milyon avro xərcləyəcək

İDMAN
17:35 / 22.02.2021
888

"Barselona" yayda 3 ulduz futbolçu transfer edə bilər.

HİT.Az xəbər verir ki, bu barədə klubun prezidentliyinə namizəd Toni Freyksa bildirib. 

"Marca"ya açıqlama verən Toni Freyksa seçiləcəyi təqdirdə transferlərə xərcləyəcəyi məbləği açıqlayıb: "Kluba 250 milyon avro verməyə hazır olan investorla razılaşdıq. Bununla da növbəti mövsüm hücum və müdafiə xətti üçün 3 ulduz futbolçu ilə müqavilə bağlaya biləcəyik".

Toni Freyksa "Bunlar Erlinq Holann və Kilian Mbappe ola bilərmi" sualına isə belə cavab verib: "Hazırda konkret hansısa oyunçu ilə danışmırıq".

Qeyd edək ki, "Barselona"da prezident seçkiləri martın 7-də olacaq.

0