Dəhşətli yol qəzası: 9 futbolçu və bir məşqçi həlak oldu

İDMAN
11:02 / 03.03.2021
1005

Sierra Leonedə dəhşətli yol qəzası baş verib.

Qaynarinfo xəbər verir ki, hadisə Bombali bölgəsində qeydə alınıb. Batkanu şəhərindən Makeniyə qayıdan "Makkari" futbol komandasını daşıyan mikroavtobus yük maşını ilə toqquşub. Nəticədə komandanın 9 futbolçusu və 1 məşqçisi həlak olub. 20-dən çox futbolçu isə xəsarət alıb. Onların bəzilərinin vəziyyəti ağırdır.

FIFA və qurumun prezidenti Canni İnfantino dünyasını dəyişənlərin ailələrinə və yaxınlarına başsağlığı verib.

0