La Liqada fevral ayının ən yaxşı futbolçusu müəyyənləşib.
HİT.Az turnirin saytına istinadən xəbər verir ki, "Barselona"nın hücumçusu Lionel Messi ötən ayın ən yaxşısı seçilib. 33 yaşlı oyunçu fevralda meydana çıxdığı 5 matçda 7 qol vurub.
Qeyd edək ki, Messi səsvermədə Aleksandr İsak ("Real Sosyedad"), Yassin Bunu ("Sevilya"), Tibo Kurtua ("Real"), Aleks Berenqer ("Atletik"), Nabil Fekir ("Betis") və Xose Luis Moralesi ("Valensiya") qabaqlayıb.