Namibiya respublikasının prezidenti Haqe Qeynbob İngiltərənin “Liverpul” klubunun son oyunlardakı məğlubiyyəti ilə bağlı paylaşım edib.
Hit.az xəbər verir ki, Qeynbob rəsmi “tvitter” hesabında azarkeşi olduğu komandanın ölmək üzrə olduğunu yazıb:
“Biz “Liverpul” azarkeşləri son zamanlarda artıq tək gəzirik. Təəssüf ki, “Liverpul” ölmək üzrədir və biz yetim qalırıq”.
“Liverpul” Premyer Liqada 8-ci sıradadır. Mersisayd təmsilçisi son 6 ev oyununda məğlub olub.