Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
"Report"un məlumatına görə, III qrupda mübarizə aparan yığma 4-cü matçında Moldova seçməsinin qonağı olub və rəqibini 5:3 hesabı ilə məğlub edib.
Bu qələbədən sonra xallarını 12-yə çatdıran Joze Alesio da Silvanın başçılıq etdiyi kollektiv sona 2 tur qalmış final mərhələsinə vəsiqəni təmin edib.
Avropa çempionatının seçmə mərhələsi
3-cü qrup
20:30. Moldova - Azərbaycan - 3:5
Qollar: Adrian Laşku, 31, Sergey Nikolayçuk, 36, Andrey Neqara, 37 - Hadi Ahmedi, 7, Vassura, 37, 23, Ramiz Çovdarov, 28, Yulian Kojokaru, 35
Hakimlər: Damian Qrabovski, Dominik Tsipinski (Polşa), Viktor Bugenko (Moldova)
Çoresku, "FMF Arena".