Daha bir taekvondoçumuz İstanbulda medal qazandı

İDMAN
23:10 / 12.03.2021
1059

Türkiyənin İstanbul şəhərində keçirilən taekvondo üzrə "Turkish Open" turnirində Azərbaycan milli komandası 3 medal qazanıb.

HIt.az-ın məlumatına görə, üçüncü yarış günündə Ayxan Tağızadə bürünc medala sahib olub. 25 yaşlı idmançı bu nailiyyətə 74 kq çəki dərəcəsində nail olub.

Qeyd edək ki, daha əvvəl Milad Beigi Hərçəqani 87 kq çəkidə qızıl, Radik İsayev isə 87 kq-dan yuxarı çəkidə gümüş medala yiyələnib.

0