Honda Bakıda: müqavilə imzalanacaq - FOTO

İDMAN
20:25 / 13.03.2021
1020

Yaponiya millisinin sabiq futbolçusu Keisuke Honda bu gün səhər Bakıya gəlib.

HİT.az  xəbər verir ki, təcrübəli futbolçunu hava limanında "Neftçi"nin nümayəndələri və bir qrup azarkeş qarşılayıb.

Klubun rəsmi TV kanalı 34 yaşlı futbolçu ilə müqavilənin martın 15-də imzalanacağını bəyan edib. Müqavilənin müddətinin bu mövsümün sonuna qədər olacağı gözlənilir.

Qeyd edək ki, Honda karyerası ərzində “Naqoya” (Yaponiya), “Venlo” (Niderland), ÇSKA (Moskva, Rusiya), “Milan” (İtaliya), “Paçuka” (Meksika), “Melburn Viktori” (Avstraliya), “Vitess” (Niderland) və "Botafoqo"da (Braziliya) çıxış edib.

0