“Qalatasaray” Muslera ilə yeni müqavilə imzalayır

İDMAN
22:37 / 15.03.2021
936

"Qalatasaray" Fernando Muslera ilə yeni müqavilə imzalamağa hazırlaşır.

HİT.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Məlumata görə, artıq tərəflər arasında 3 illik yeni sözləşmə ilə bağlı razılıq əldə olunub.

35 yaşlı uruqvaylı qapıçı sabah təşkil olunacaq mərasimdə müqaviləyə imza atacaq.

Qeyd edək ki, Fernando Muslera 2011-ci ildən "Qalatasaray"da çıxış edir. O, Superliqa təmsilçisinə İtaliyanın "Latsio" klubundan keçib.

0