Çempionlar Turu: Yarımfinalçılar müəyyənləşdi

İDMAN
23:15 / 17.03.2021
1792

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində yarımfinalın bütün iştirakçıları müəyyənləşib.

"Report"un məlumatına görə, "Magnus Carlsen Invitational" adlanan yarışın son yarımfinalıçısı Niderland təmsilçisi Aniş Giri olub.

O, 1/4 finalda fransalı Maksim Vaşye-Laqravı 3:1 hesab ilə məğlub edərək növbəti raunda vəsiqə əldə edib.

Daha əvvəl isə Maqnus Karlsen, Uesli So (ABŞ) və Yan Nepomnyaşi (Rusiya) yarımfinala yüksəliblər.

Qeyd edək ki, bu mərhələnin görüşləri 18 - 19 martda oynanılacaq.

0