“Hamısı sağdır, soruşa bilərsiniz” – Ramin Musayev

İDMAN
21:51 / 22.03.2021
1615

“Klubda fəaliyyət göstərəndə məşqçinin işinə heç vaxt qarışmamışam”.

Bunu apasport.az saytına açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

Vaxtilə “Neftçi”də vitse-prezident vəzifəsində çalışmış futbol funksioneri həmin dönəmdə kollektivdə mehribanlıq olduğunu söyləyib. O, dostluq münasibətinin hələ də davam etdiyini bildirib: “Klubda çalışanda həm məşqçi, həm də futbolçu heyəti ilə dostluq münasibətimiz olub. Şükür Allaha, hamısı sağdır, soruşa bilərsiniz. Bizdə heç vaxt yazılı müqavilə olmayıb. Kişi sözü olub”.

Qeyd edək ki, Ramin Musayev 2008-ci ildən PFL prezidenti kimi fəaliyyət göstərir.

0