İslandiya ilə oyundan əvvəl Almaniya yığmasında koronavirus şoku

İDMAN
20:45 / 25.03.2021
1209

Almaniya milli komandasının və “Borussiya”nın (Münhenqladbax) futbolçusu Yonas Hofmann koronavirusa yoluxub.

Hit.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Xəbərdə, Hofmanın koronavirus testi müsbət çıxdığı üçün millinin bugün səhərki məşqinin ləğv olunduğu bildirilib.

Almaniya yığması DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində bu gün İslandiyanı qəbul edəcək. Görüş saat 23:45-də start götürəcək.

0