Cüdoçumuz “Böyük dəbilqə”də bürünc medal qazandı

İDMAN
19:47 / 26.03.2021
1081

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük dəbilqə” turnirində Azərbaycan cüdoçusu üçüncü yeri tutub.

HİT.az xəbər verir ki, kişilər arasında 60 kiloqram çəki dərəcəsində yarışan Kəramət Hüseynov üçüncü yer uğrunda görüşdə rusiyalı Konstantin Simeonidis ilə qarşılaşmalı idi. Rəqib zədə səbəbindən qarşılaşmadan imtina etdiyinə görə, cüdoçumuz qalib elan edilib.

Martın 28-dək davam edəcək turnirdə Azərbaycan ümumilikdə 11 cüdoçu ilə təmsil olunur.

0