Azərbaycan çempionu koronavirusdan dünyasını dəyişdi - FOTO

18:48 / 09.04.2021
1866

Poverliftinq idman növü üzrə ölkə çempionu Vaqif İbrahimov koronavirusdan vəfat edib.

İdmançı 42 yaşında dünyasını dəyişib.

Dəfələrlə Azərbaycan çempionu olmuş mərhum həm də respublika rekordçusu idi.

Qeyd edək ki, Vaqif İbrahimov COVID-19 virusuna yoluxmuşdu və müalicə alırdı. O, Cəlilabad rayonunda yaşayırdı.

0
Report