Braziliya millisinin futbolçusu Neymarın “Real”a keçidinin baş tutmamasının detalları bəlli olub.
Apasport.az saytının məlumatına görə, bunu hücumçunun sabiq agenti Vaqner Ribeyro açıqlayıb.
O bildirib ki, PSJ-nin 2019-cu ildə ulduzla bağlı çox cəlbedici təklif alıb. “Real” braziliyalı üçün 300 milyon avro təklif edib: “Həmin vaxt Neymar “Real”a keçməyə çox yaxın idi. Onlar 300 milyon avro ödəməyə hazır idi. Bu barədə Florentino Peres mənə danışıb. Amma Naser Al-Xelaifi bu keçiddən imtina edib. Onda Naser belə cavab verib: “Yox. Biz Neymarı hətta milyarda da satmırıq”.