Azərbaycanın 5 güləşçisindən AÇ-də bərbad nəticə

İDMAN
19:55 / 24.04.2021
1166

Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir.

Hit.az xəbər verir ki, altıncı yarış günündə son 5 yunan-Roma güləşçimiz mübarizəyə qoşulub.

Mübarizəyə 1/4 finaldan qoşulan Murad Bazarov belaruslu rəqibinə yenilib.

Namaz Rüstəmov ilk görüşdə Serbiya təmsilçisiylə bacarmayıb.

İlk dəfə böyüklər arasında Avropa çempionatında iştirak edən Xasay Həsənli debütdə Moldova güləşçisinə qalib gəlib. Ancaq 1/8 finalda sebiyalı həmkarına minimal fərqlə uduzub.

Tuncay Vəzirzadə 1/8 finalda Moldovadan olan rəqibinin öhdəsində gəlib. Ancaq 1/4 finalda Gürcüstan təmsilçisi keçilməz olub.

Zamir Məhəmmədov üçün debüt uğursuz alınıb. Təmsilçimiz startda macar rəqibinə məğlub olub.

60 kq
1/4 final: Murad Bazarov – Qleb Makaranka (Belarus) 1:3

67 kq
1/8 final: Namaz Rüstəmov – Mate Nemes (Serbiya) 0:6

72 kq
Təsnifat: Xasay Həsənli – Valentin Petiç (Moldova) 5:3
1/8 final: Xasay Həsənli – Aleksandr Maksimoviç (Serbiya) 2:3

82 kq
1/8 final: Tuncay Vəzirzadə – Mixail Bradu (Moldova) 6:3
1/4 final: Tuncay Vəzirzadə – Alvenqo Rikadze (Gürcüstan) 2:5

97 kq
1/4 final: Zamir Məhəmmədov – Balaş Kiss (Macarıstan) 0:4

0