Azərbaycanda ilkə imza atan FAW markası əməkdaşlıq müqaviləsinə əsasən "Qarabağ”ın tərəfdaşı olacaq.
HİT.az xəbər verir ki, 2 ay öncə "Qarabağ” FK ilə FAW Azərbaycan arasında bağlanmış protokol bu gün qüvvəyə minib. "Qarabağ” FK-nın direktoru Emrah Çelikel bu əməkdaşlıqdan məmnun olduqlarını deyib. O, FAW brendi ilə daha uzun müddətli işləmək və yeniliklərə imza atmağın klub üçün də xoş olacağını söyləyib.
"Qarabağ” FK-nın baş məşqçisi Qurban Qurbanov FAW avtomobillərini çox bəyəndiyini bildirib. Təcrübəli çalışdırıcı uzun müddətli əməkdaşlığa inandığını da dilə gətirb. FAW avtomobillərinin rəsmi distribütoru "Cahan Motors”şirkətidir. Avtomobil şirkətinin direktoru Adil Axundovun dediyinə əsasən, əməkdaşlıq uzun müddətli olacaq və yeniliklərə imza atacaqlar. O, "Qarabağ” FK-ya hər mövsüm Çempionlar Liqasında oynamağı arzulayıb.
Avto-salonda FAW-ın "Bestune” və "HongQi” modelləri də mövcuddur. Avtomobillərə 5 il və ya 150 000 km-ə qədər zəmanət verilir. FAW brendi ən qısa zamanda müştərilərin rəğbətini qazanıb. FAW avtomobil sevənləri yeni modelləri ilə sevindirməyə davam edəcək.