AFFA İntizam Komitəsi “Neftçi”nin baş məşqçisi Samir Abasovu 2 oyunluq cəzalandırıb.
HİT.Az AFFA-nın saytına istinadən xəbər verir ki, buna onun Azərbaycan Premyer Liqasının 24-cü turunda “Sabah”la oyundan (2:2) dava-dalaşa təhrik edici hərəkətlər etməsi, aqressivlik göstərməsi, mətbuat konfransı zamanı hakimin qərarlarını müzakirə etməsi və qeyri-etik ifadələr işlətməsi səbəb olub.
“Neftçi” isə 4 min manat cərimə olunub.