Olimpiya çempionumuz Tokio Olimpiadasında iştirak edə bilməyəcək

İDMAN
20:57 / 08.05.2021
1026

Rio Olimpiadasının qalibi, dünya və ikiqat Avropa çempionu olan taekvondoçu Radik İsayev Tokio Yay Olimpiadasında çıxış edə bilməyəcək.

Oxu.Az-ın xəbərinə görə, o, Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa Olimpiya Təsnifat turnirinin +80 kq çəki dərəcəsinin yarımfinalında makedoniyalı Deyan Qeorqiyevskiyə 6:13 hesabı ilə uduzub.

Bununla da 31 yaşlı idmançı Olimpiadaya lisenziyanın bir addımlığında şansdan məhrum olub.

Qeyd edək ki, 2016-cı il Rio Olimpiadasından fərqli olaraq, Tokioda Azərbaycan taekvondoda iki idmançı ilə təmsil olunacaq. Bunlar Milad Beiqi və Fəridə Əzizovadır.

0