Ən çox qazanan idmançılar SİYAHISI AÇIQLANDI

İDMAN
19:02 / 13.05.2021
1145

Son bir ilin ən yüksək ödənişli idmançılarının siyahısı açıqlanıb.

Hit.az-ın məlumatına görə, “Forbes” nəşrinin cədvəlində ən çox qazan əldə edən 10 nəfər yer alıb.

İl ərzində ən çox gəlir əldə edən idmançı məşhur MMA döyüşçüsü Konor Makqreqordur. İlk “üçlüy”ün digər sakinləri futbolçulardır. Uzun illərdir rekordları alt-üst edən Lionel Messi ilə Kriştiano Ronaldo müvafiq olaraq 2-3-cü pillələrdə qərarlaşıblar.

İlk “10-luq”da yer alan digər futbolçu Neymar isə özünə 6-cı sırada yer tapıb.

1. Konor Makqreqor (MMA döyüşçüsü) – 180 milyon dollar
2. Lionel Messi (futbolçu) – 130 milyon
3. Kriştianu Ronaldo (futbolçu) – 120 milyon
4. Dak Preskott (amerikan futbolçusu) – 107,5 milyon
5. Lebron Ceyms (basketbolçu) – 96,5 milyon
6. Neymar (futbolçu) – 95 milyon
7. Roje Federer (tennisçi) – 90 milyon
8. Lyus Hamilton (“Formula-1” pilotu) – 82 milyon
9. Tom Bredi (amerikan futbolçusu) – 76 milyon
10. Kevin Dyurant (basketbolçu) – 75 milyon

0